İran Prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizə sülh və sabitlik mövzusunu özündə ehtiva edən məktub göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran hökumət sözçüsü Əli Rebii bildirib.
Hökumət sözçüsü əlavə edib ki, Prezident Ruhaninin Kral Salmana göndərdiyi məktubun mövzusu regionda sülh və istiqlalla bağlıdır.
Məktubda yazılanlarla bağlı əlavə informasiya verməyən Rebii deyib ki, ABŞ-ın təzyiqləri bölgədə qonşu ölkələri bir-birindən uzaqlaşdırmağa xidmət edir.