“Bu, ABŞ-ın İŞİD-i məğlub etmək strategiyasına təsir göstərəcək”
ABŞ Senatında keçirilən toplantıda “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının Türkiyəyə neft satdığı iddia olunub.
Teleqraf.com-un Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, ABŞ dövlət katibi Con Kerri bu fikrin doğru olduğunu söyləyib. O, bildirib ki, bu iddialar ABŞ-ın İŞİD-i məğlub etmək strategiyasına təsir göstərəcək.
Beləliklə, iki senator tərəfindən gündəmə gətirilən iddiaları Kerri də təsdiqləyib.
İŞİD-in əlindəki girovlara görə Türkiyənin çətinliklər yaşadığını qeyd edən Kerri məsələnin detallarını isə mətbuata qapalı görüşdə bölüşəcəyini deyib.
Xatırladaq ki, ABŞ-ın nüfuzlu mətbu orqanlarından olan “Nyu-York Times” qəzeti bir neçə gün öncə Türkiyənin İŞİD-dən neft aldığı ilə bağlı məqalə dərc edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu iddiaların əsassız olduğunu bildirib.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.