ABŞ dövlət katibi Mayk Pompeo “Fordo”dakı nüvə obyektində işə başlanılması ilə əlaqədar İrana təzyiqləri gücləndirməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə o özünün “Tvitter” səhifəsində bildirib.
Dövlət katibi qeyd edib ki, Tehranın planları “sürətlə nüvə sıçrayışına hazırlaşmaqdan” xəbər verir və narahatlıq doğurur.
“Bütün ölkələrin nüvə şantajına son qoyulmasının və İrana təzyiqi artırmağın vaxtı gəldi”, – deyə Pompeo qeyd edib.
Noyabrın 6-da İranın “Fordo”dakı bir müəssisədə uran zənginləşdirməyə başlayıb. Həmin gün İranın Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öhdəliklərin azaldılmasının dördüncü mərhələsinin başladığı açıqlanıb.