Əfqanıstanın Hərbi Hava Qüvvələri terrorçuların mövqelərinə aviazərbələr endirərək Loqar əyalətində hakimləri öldürən Taliban komandirini zərərsizləşdiriblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyat zamanı Vaisuddin adlı Taliban komandiri ilə birlikdə daha 3 terrorçunun öldürüldüyü bildirilir.