Avstraliyanın paytaxtı Sidneydə hamilə müsəlman qadını hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, Rəna Əlasmar hicablı rəfiqəsi ilə kafedə əyləşdiyi zaman aqressiya ilə qarşılaşıb.
Sidneyin Cənub Qaller əyalət polisi bildirib ki, Rəna Əlasmar onun masasına hücum edən Stipe Lozina adlı şəxsin yumuruq və şilləsinə məruz qalaraq döyülüb. Zərbələrin təsirindən stuldan yıxılan müsəlman xanımı 43 yaşlı manyakın əlindən kafe əməkdaşları və müştərilər alıb.
Bu hadisənin video-görüntüləri yayıldıqdan sonra sosial mediada ciddi kampaniya başlanıb.
Polis bəyan edib ki, ciddi araşdırma aparılacaq.