24 Noyabr 2019 07:58
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin Kristiansann şəhərində "Ölkəmizin islamlaşdırılmasını dayandıraq" təşkilatının üzvləri tərəfindən Quranın təhqir edilməsi hadisəsinə görə bu ölkənin İslamabaddakı səfiri Kell-Qennar Eriksen Pakistanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, Pakistan xalqının və hökumətinin dərin narahatlığını ifadə etmək üçün Norveç səfiri ötən gün Xarici İşlər Nazirliyinə çağırılıb".

"Belə hərəkətlər bütün dünyadakı 1,3 milyard müsəlmanın, həmçinin Pakistanda yaşayanların hislərinə toxunur. Bundan başqa, belə hərəkətlərə fikirlərin ifadəsi azadlığı hüququna bəraət qazandırmaq mümkün deyil", - Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

Eriksen özü də hadisəni "Twitter"dəki səhifəsində şərh edib.

"Norveç hökuməti Kristiansanda sağ cərəyanın nümayişlərində Quranın yandırılmasını qətiyyətlə pisləyr. Polis təhlükəsizliyə görə nümayişi dayandırıb. Norveçdə hamı heç bir təzyiqsiz söz azadlığına və öz dininə etiqad etmək hüququna malikdir", - səfir yazıb.

Norveçdə mitinq bu həftə keçirilib. Pakistanın "News International" nəşri bildirib ki, polisin xəbərdarlıqlarına baxmayaraq hərəkatın lideri Lars Torsen Quranı yandırmağa çalışıb. Naməlum kişi Torsena mane olub, bu zaman dava başlayıb və dava iştirakçılarını polis bölməsinə gətiriblər.


Müəllif: Teleqraf.com