Güney azərbaycanlı milli-mədəni fəal Əkbər Mühaciri Təbrizdə İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) tərəfindən saxlanılıb.
Teleqraf.com xəbər verir ki, fəal saxlanılarkən fiziki zorakılığa məruz qalıb.
Məlumata görə, ETTELAAT əməkdaşları fəalı yaxalamaq üçün onun evinə basqın edib. Övladı və həyat yoldaşının gözü qarşısında qollarına qandal vurulub və ifadəsi alınıb.
Əkbər Mühacirinin işgəncəyə məruz qaldığı da iddia edilib. Məlumata görə, ETTELAAT əməkdaşları ondan silah və pul tələb edib.