26 Noyabr 2019 14:03
2 222
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ağ dəbilqəlilər” terror təşkilatı “Heyət Təhrir Şam”la birlikdə Suriyada təxribat törətməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlik terror təşkilatlarının kimyəvi silahlara əl atacağını istisna etməyib:

“Heyət Təhrir Şam” və “Ağ dəbilqəlilər” terror təşkilatları İdlibdə mülki insanlara kimyəvi silahlardan istifadə olunduğuna dair təxribat hazırlığına başlayıb”.

Noyabrın əvvəlində Sarmadaya gələn terror təşkilatları üzvlərinin özləri ilə birlikdə 3 yük maşını kimyəvi silah gətirdiyi təsbit olunub.

Müdafiə Nazirliyi terrorçuların törədəcəyi təxribatın məsuliyyətini Rusiya və Suriyanın (Bəşər Əsəd rejimi) üzərinə qoymağa çalışacaqlarınıı iddia edib.

Əlavə edək ki, “Ağ dəbilqəlilər”in qurucusu və lideri Ceyms Le Mösüyer ötən ay Türkiyənin İstanbul şəhərində qətlə yetirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər