27 Noyabr 2019 12:53
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya parlamentində çəkilən fotolar dünyanı heyrətə salıb.

Teleqraf.com xəbər verir ki, yapon millət vəkilləri Tokioda parlament binasında zəlzələyə qarşı xüsusi sınaq keçiriblər.

Sınaq parlament iclası keçiriləndə baş verə biləcək zəlzələ zamanı deputatların davranışı və buna qarşı hazırlığına dair olub. Deputatların zəlzələ əleyhinə başlarına xüsusi ağ papaq taxması isə gülüşə səbəb olub. Sosial şəbəkə istifadəçiləri deputatların papağını ulduz filmlərindəki qəhramanlara bənzədərək lağa qoyublar.

Papaqların kağızdan olması da gülüşə səbəb olub.

Qeyd edək ki, Yaponiyada deputatlar daxil olmaqla insanlar yaşam fəlsəfəsində zəlzələlərə xüsusi önəm verir.


Müəllif: Cavad