Banqladeşdə 22 nəfəri gülləlyən yeddi terrorçu edam olunacaq.
Teleqraf.com xəbər verir ki, xaricilərin olduğu kafeyə daxil olaraq içəridəkiləri 12 saat girov saxlayan, daha sonra iki polis daxil olmaqla 22 günahsız insanı öldürən terrorçuların məhkəməsində edam qərarı çıxarılıb.
Xatırladaq ki, 2016-cı ildə Banqladeşdə radikal terrorçular kafeyə daxil olaraq 22 nəfəri güllələyib. Bununla bağlı səkkiz terrorçu məhkəmə qarşısına çıxarılıb və onlardan biri bəraət alıb. Yeddi terrorçunun isə edam olunması haqda hökm verilib.
Banqladeşin paytaxtında fəaliyyət göstərən Holey Artisan kafesində öldürülən şəxslərin çoxu İtaliya və Yaponiya vətəndaşları olub.
Kafe əsasən Banqladeşdə yaşayan xaricilər, diplomat və orta təbəqə ailələr üçün populyar məkan olub.