İraqın Nəcəf şəhərində etirazçı kütlə İran konsulluğunun yerləşdiyi binanı yandırıb.
Etirazçılar binaya daxil olaraq od vurublar.
İran diplomatik missiyası isə hadisədən təxminən 10 dəqiqə əvvəl binanı tərk edib.
Qeyd edək ki, günlərdir İraqda narazı əhali korrupsiyaya, süründürməçiliyə, hökumətin yarıtmaz siyasətinə etiraz edir. Ölkədə qarşıdurmalar səngimək bilmir.