28 Noyabr 2019 22:38
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqda bu gün hökumətə qarşı keçirilən etiraz nümayişləri zamanı azı 27 nəfər həlak olub.

Teleqraf.com xəbər verir ki, ölkənin cənubundakı Nəsiriyyə şəhərində təhlükəsizlik qüvvələrinin körpünü boşaltmaq üçün nümayişçilərə atəş açması nəticəsində azı 20 nəfər öldürülüb. Daha 4 nəfər Bağdadda, 3 nəfər isə İranın Baş Konsulluğunda yanğın zamanı (Nəcəf şəhərində) ölüb. Qarşıdurmalar zamanı həmçinin daha 18 nəfər yaralanıb. Qeyd edək ki, Nəsiriyyə baş nazir Adil Əbdül Mehdinin doğma şəhəridir.

Xatırladaq ki, oktyabrın 1-dən etibarən ölkə boyu işsizliyə, korrupsiyaya, dövlət xidmətlərinin yarıtmaz fəaliyyətinə qarşı etiraz nümayişləri getdikcə hökumətə qarşı çevrilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər