2 Dekabr 2019 15:28
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-ə qoşulmaq üçün Suriyaya gedən İrlandiya prezidenti və baş nazirinin keçmiş cangüdəni Liza Smit deportasiya edilib.

Teleqraf.com xəbər verir ki, Türkiyə tərəfindən ölkədən xaric olunan Liza Smit İrlandiyanın terrorla mübarizə bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Vaxtilə İrlandiyanın eks-prezidenti Meri Robinson və keçmiş baş nazir Bertie Ahernin mühafizəçisi olmuş Smit İŞİD-çi ilə ailə quraraq Suriyaya gedib.

2 yaşında qız övladı olan qadın həyat yoldaşının ötən il öldüyünü deyib. İrlandiyaya gətiriləndən sonra qızı ailəsinə təhvil verilib. İrlandiya ordusunda xidmət edən Smit həmin dönəmdə prezident və baş nazirin səfərləri zamanı hərbçi kimi mühafizə edib, onun 72 saat dindiriləcəyi bildirilir.

İfadəsi alınandan sonra İŞİD-ə qoşulmuş xanımın sərbəst buraxılacağı və ya mühakimə olunacağı barədə qərar veriləcəyi qeyd olunur.


Müəllif: Nərgiz