19 Sentyabr 2014 21:15
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan baş prokurorluğu eks-prezident Mixail Saakaşvilinin xanımı Sandra Rulovsun, ana və nənələrinin, eləcə də eks-prezident əmlakına həbs qoyub.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə eks-prezidentin vəkili Otar Kaxidze məlumat verib. O deyib ki, həbsdə olan əmlaklar arasında Saakaşvilinin nənələrinə məxsus torpaq sahəsi və köhnə avtomobil də var.

Kaxidze bildirib ki, prokurorun verdiyi qərarın heç bir əsası yoxdur və bununla bağlı Strasburq insan haqları üzrə məhkəməsinə müraciət etmək niyyətindədir.

Xatırladaq ki, prezident seçkilərindən sonra ölkəni tərk edən Saakaşviliyə qarşı dövlət vəsaitindən qanunsuz istifadə, israfçılıq və vəzifə səlahiyyətlərini aşma maddələri ilə cinayət işi qaldırılıb və barəsində axtarış elan olunub.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif:

Oxşar xəbərlər