5 Dekabr 2019 11:17
1 139
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İrana qarşı 14 min canlı hərbi qüvvəni Yaxın Şərqə göndərəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Wall Street” qəzeti məlumat yayıb.

Donald Tramp administrasiyası bununla yanaşı, bölgəyə çox sayda hərbi texnika göndərməyi də planlaşdırır.

Qüvvələrin bu ay ərzində göndəriləcəyi açıqlanıb.

Hələlik İran tərəfi ABŞ hökumətinin bu qərarına rəsmi münasibət bildirməyib.


Müəllif: Mənsur Rəğbətoğlu