5 Dekabr 2019 11:32
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan parlamenti Türkiyə ilə imzanan hərbi əməkdaşlıq razılaşmasını ratfikasiya edib.

Teleqraf.com xəbər verir ki, buna qədər iki ölkə arasında hərbi məsələlər 1993 və 1994-cü illərdə imzalanan hərbi, texniki və təhsil anlaşmaları əsasında nizamlanırdı.

Ancaq ötən ilin sentyabrında tərəflər arasında Ankarada yeni hərbi razılaşma əldə edlib. Razılaşma Qazaxıstanla Türkiyə arasında hərbi əməkdaşlıq, əsgər hazırlığı və təhsil, ortaq təlimlərin keçirilməsi, hərbi sənaye, sülh əməliyyatları və digər məsələləri nəzərdə tutur.


Müəllif: Cavad