6 Dekabr 2019 14:34
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqdakı ABŞ hərbi bazasına raket hücumu edilib.

Teleqraf.com xəbər verir ki, Beled hərbi bazasına iki ədəd raket atılıb.

Hücum zamanı insan itkisi olmayıb. Amma bazaya hücumun kim tərəfindən həyata keçirildiyi də bəlli deyil.

Qeyd edək ki, iki gün əvvəl ABŞ əsgərlərinin qaldığı Anbar vilayətindəki Aynül Əsəd hərbi bazasına da raket hücumu olmuşdu.


Müəllif: Cavad