7 Dekabr 2019 18:25
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus mütəxəssislər Yeni il şampanına olan marağın ortalama illik göstərici ilə müqayisədə 12,5 dəfə artdığını və spirt istehlakının ümumi həcminin 14,9% -ni təşkil etdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Rusiyada şampanlar arasında ən çox “Chinzano” və “Novıy Svet” markalarını bəyənsələr də, ən çox satılan məhsul “Abrau-Durso”dur. 5 ballıq qiymətləndirmədə 4.3 bal alan bu məhsul tətil mövsümü satışlarının 26 faizini təşkil edir.

Satışın 10.6 faizini təşkil edən “İstok” markası isə ikinci yerdədir.

Beləliklə, ilk sırada ortalama reytinqi 4,86 ​​bal olan “Chinzano” markasının alış payı cəmi 0,5 faizdir. İkinci yerdə olan "Novıy Svet"in ortalama reytinqi 4,72 bal, alış payı isə 1,5 faizdir. Üçüncü yeri 4.67 balla tutan olan “Gancha”nın alış payı 1 faiz təşkil edir.

Araşdırmalara görə, Rusiya istehlakçıları il ərzində az miqdarda şampan istehlak ediblər. Alkoqol alışlarının ümumi sayında şampanın satış dəyəri 1,9 faizdir.

Beləliklə, ən yüksək balla qiymətləndirilən şampan digərlərindən az qazanır.

Mütəxəssislər bunun səbəbini şampanların nadir hallarda alınması ilə əlaqələndirirlər.

Yeni ildə şampana maraq orta illik göstərici ilə müqayisədə 12,5 dəfə artıb. Bu da alkoqol alışının ümumi həcminin 14,9 faizini təşkil edir.


Müəllif: Aysel Azad