9 Dekabr 2019 12:17
248

Amerika Birləşmiş Ştatlarında “Miss Universe-2019” gözəllik yarışması baş tutub.

Teleqraf.com xəbər verir ki, 90 gözəlin iştirak etdiyi yarışmada cənubi afrikalı 26 yaşlı Zozibini Tunzi kainatın ən gözəl qadını seçilib. Ötən ilin qalibi filippinli Catriona Grey tacı sahibinə təqdim edib.

Yarışmanın ikincisi amerikalı model Madison Anderson, üçüncüsü isə meksikalı Sofiya Araqon seçilib.


Müəllif: Rəqsanə Həsənova