9 Dekabr 2019 17:36
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Prezidenti Bəşər Əsədin əmisi Rüfət Əsəd Fransanın paytaxtı Parisdə “çirkli pullar”ı yumaq ittihamı ilə məhkəmədə ifadə verəcək.

Teleqraf.com xəbər verir ki, Suriya prezidentinin 82 yaşlı keçmiş köməkçisi dövlət vəsaitlərini qanunsuz olaraq mənimsəməkdə ittiham olunur.

2014-cü ildə Rüfət Əsədin sahibi olduğu əmlak şirkətinin fəaliyyətində qanunsuzluğun aşkar olunmasından sonra cinayət işinin açıldığı bildirilib.

Fransa hüquq-mühafizə orqanlarının araşdırmasından sonra Əsədin məhkəməyə çıxarılması barədə qərar verilib. Lakin qarşı tərəf ittihamları təkzib edərək, səhhətində problemlərin olması səbəbindən məhkəməyə gələ bilməyəcəyini deyib.

1980-ci ildə qiyama cəhddən sonra mühacirətə gedən Rüfət Əsəd uzun illərdir Avropada yaşayır.


Müəllif: Mənsur Rəğbətoğlu