11 Dekabr 2019 12:31
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Vaşinqtonda əvvəlcə amerikalı həmkarı Maykl Pompeo, bunun ardınca Ağ Evdə prezident Donald Trampla görüşdü. İki ölkə arasında müxtəlif mövzularda fərqli yanaşmalar olsa da, Moskva və Vaşinqton dialoqu davam etdirirlər. Bu hər zaman belə olub”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspertin fikrincə, “soyuq müharibə” illərində belə iki ölkə öz aralarında müxtəlif mövzuları müzakirə edib, bəzi məsələlərdə ortaq məxrəcə gəlməyə çalışıb:

“Buna baxmayaraq, həm Vaşinqton, həm də Moskva keçmiş illərdə olduğu kimi indi də öz bildiyini edir. Rusiya Gürcüstana müdaxilə edəndə və ya Krımı işğal edəndə Vaşinqtonun mövqeyini heçdən saydı. Amerika da Şərqi Arvopada raketlər yerləşdirəndə, əvvəlki razılaşmaların əleyhinə olaraq İrana qarşı sanksiyalar tətbiq edəndə və ya Ukraynaya silahlar verəndə Rusiyanın mövqeyini heç saydı. Çünki maraqlar fərqlidir.

Ancaq bu fərqli maraqlar Amerika ilə Rusiya arasında birbaşa qarşıdurmaya imkan verməməlidir. Buna görə də Moskva ilə Vaşinqton dialoqdan imtina etmirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu