14 Dekabr 2019 17:19
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Bakingem Sarayı II Elizabetin dünya ictimaiyyəti qarşısındakı imicini sosial şəbəkədə təbliğ edə biləcək mütəxəssis axtarır.

Teleqraf.com xəbər verir ki, iş elanında “günorta yeməkləri saray tərəfindən verilir” qeydi var.

“LinkedIn” saytında verilən elanda rəqəmsal dünya texnologiyasının mütəxəssislərindən müraciət etmələri xahiş olunur. Dekabrın 24-dək yerləşdirilən elanda qeyd olunub:

“Kraliçanın yerli ictimaiyyət və dünya qarşısındakı nüfuzunu qorumağın yeni yollarını tapmaq üçün davamlı səylər tələb edir”.

Mütəxəssis üçün üstünlük veriləcək əsas tələblər budur:

“Qələm ustası və yaxşı bir redaktor olmaqla, yaradıcı və yenilikçi, müxtəlif qruplar, məqsədlər və formatlar üçün rəqəmsal mövzu hazırlamaqda təcrübəli”.

Kraliçanın sosial şəbəkə üzrə köməkçisi təkbaşına işləməyəcək, sosial şəbəkə platformalarında kral ailəsinin imicini qorumaq üçün qurulmuş qrupun başına keçəcək.

İşə alınacaq şəxsə illik 45-50 min sterlinq maaş təklif olunur. Maaşa əlavə olaraq 15 min premiya və ildə 33 günlük məzuniyyət veriləcək.

Saray bir neçə ay əvvəl rəqəmsal rabitə mütəxəssisi üçün elan vermişdi. Həmin elanda işə alınacaq şəxsə illik 30 min sterlinq təklif olunmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu