16 Dekabr 2019 10:06
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İctimai yerlərdə öz qız övladlarını öpənlərdən polisə şikayət etmək lazımdır”.

Teleqraf.com xəbər verir ki, bunu türk din adamı, yazıçı Cavad Akşit deyib.

Verdiyi qəribə fətvaları ilə gündəmdə olan Akşit gəncləri də hədəf alıb:

“Bir də görürsən oğlan qızı qucağına alıb, qızla öpüşür, sığallayır, bilmirəm nə edir… Bu qəbahətdir. Qəbahət də gizli olmalıdır, ibadət də. Hər kəsin önündə olmaz. Bizim adı Əli, Həsən, Hüseyn olan gənclərimiz də hər kəsin içində arvadını, qızını öpür, sığallayır. Belə olmaz”.

O, belə adamlardan polisə şikayət etməyin vacib olduğunu bildirib: “Heç nə edə bilmirsinizsə, polisə şikayət edin, polislər nə edəcəklərini bilirlər”.

Cavad Akşitin çıxışındakı Əli, Həsən və Hüseyn ifadələri sosial şəbəkələrdə şiələr və ələvilərin etirazlarına səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu