16 Dekabr 2019 11:21
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan televiziya və radio kanallarından birinə verdiyi son geniş müsahibədə ABŞ-da “erməni soyqırımı” qətnaməsinin qəbulu məsələsinə toxunub. Birincisi, Ərdoğan Vaşinqton mesaj göndərib ki, bu gedişlə Amerikanın İncirlikdəki hərbi bazasını qapada bilər. İkincisi, “erməni soyqırımı” qətnaməsinin qəbuluna qarşılıq olaraq Türkiyə parlamenti də Amerikada hindulara qarşı həyata keçirilən soyqırımı tanıya bilər”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Amerikanın sürətlə Türkiyəni itirdiyini bildirən ekspertin sözlərinə görə, ABŞ-dakı siyasi mərkəzlər hesab edirlər ki, Türkiyə “soyuq müharibə” illərində olduğu kimi Vaşinqtondan gələn bütün təlimatları qeyd-şərtsiz yerinə yetirməli, öz maraqlarını yox birinci növbədə Amerikanın maraqlarını nəzərə almalıdır:

“Soyuq müharibə” 28 ildir bitib, SSRİ yoxdur. Beləcə Türkiyənın Amerikanın himayədarlığına ehtiyacı qalmayıb. Türkiyə bölgədə öz maraqları olan regional oyunçuya çevrilib. Amerikada bunu anlamaq istəmirlər. Vaşinqtonda düşünürlər ki, sanksiyalarla, erməni qətnamələri ilə Türkiyəni sözəbaxan edəcəklər, tam əksi baş verir. Əlbəttə, İncilrikdəki hərbi bazanı qapatmaq asan məsələ deyil. Ancaq bu gedişat Ankaraya alternativ yol qoymayıb. İncirlik hərbi bazasının qapanmasıyla Türkiyə-Amerika strateji tərəfdaşlığı üzərindən xətt çəkilmiş olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu