2 Yanvar 2020 14:04
1 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ABÇ-ın nüvə sazişindən (INF) geri çəkilməsindən sonra sözügedən anlaşmanın müddəalarından çıxardığı “İsgəndər” uzaq mənzilli raket sistemlərinin sınağını keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Bölgəsinin hərbi komandanlığı məlumat yayıb.

Raketin Cənub Hərbi Bölgəsinin Şimali Osetiyadakı hərbi poliqonunda həyata keçirildiyi bildirilib.

Təlimlərə 300-dən çox canlı qüvvə, “İsgəndər” taktiki raket sistemi də daxil olmaqla, təxminən 50-dən çox texnika cəlb edilib.

“İsgəndər” sistemi 500 hədəfi kilometrədək vurmaq gücündədir.

Keçən ay məsələ ilə əlaqədar açıqlama verən Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın ölkəsini nüvə silahları ilə təhdid etməsinə cavab verəcəklərini demişdi.

ABŞ-ın öz raket sistemlərini Rusiya yaxınlığında yerləşdirməsinə cavab verən Putin vurğulamışdı: “Biz də öz sistemlərimizi onlara yaxınlaşdıracağıq”.

Nüvə silahlarının azaldılmasına dair anlaşma (INF) 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər