3 Yanvar 2020 15:41
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İranın paytaxtı Tehran şәhәrindә aksiya keçirilib.

Aksiya iştirakçıları general Süleymaninin öldürülmәsini pislәyiblәr.

Aksiyada çoxlu sayda iranlı iştirak edib.

Aksiya iştirakçıları ABŞ әleyhinә sәrt şüarlar sәslәndiriblәr.

İranın Ali Milli Tәhlükәsizlik Şurası general Süleymaninin ölümü ilә әlaqәdar İranın dini lideri, prezidenti vә digәr rәsmilәrin iştirakı ilә әlaqәdar iclas keçirir.

İran parlamentinin Milli tәhlükәsizlik vә xarici siyasәt komissiyasının rәyasәt heyәtinin üzvü Hüseyn Nәqәvi Hüseyni Ali Milli Tәhlükәsizlik Şurasının iclasında verilәcәk hәr hansı qәrarla bağlı iclas keçirilәcәyini bildirib.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər