8 Yanvar 2020 16:30
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveytin müdafiə naziri Naser əl-Əhməd əs-Sabah bildirib ki, ABŞ-dan bu ölkənin “Arifcan” hərbi bazasından qoşunlarını çıxarmasına dair mesaj alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Küveytin “KUNA” dövlət agentliyi məlumat yayıb.

Nazir deyib ki, ABŞ 3 gün ərzində hərbi qulluqçularını sözgedən bazadan çıxarmaq niyyətindədir.

“Biz Küveytdəki Amerika qüvvələri komandanından ABŞ-ın yaxın üç gün ərzində “Arifcan” hərbi bazasından qoşunlarını çıxaracağı barədə məktub aldıq”, – deyə agentlik nazirdən sitat gətirir.

Nazir ABŞ-ın qərarını gözlənilməz adlandırıb və Pentaqon və ABŞ Ordusunun Mərkəzi Komandanlığı ilə bu mövzuda danışıqlar apardığını bildirib.

“Arifcan” bazası ABŞ-ın bölgədəki mühüm logistika məntəqəsidir.


Müəllif: Səxavət

Oxşar xəbərlər