8 Yanvar 2020 20:37
1 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyadakı vəziyyətin pisləşməsi bölgəni, eləcə də bütün Aralıq dənizi bölgəsinin təhlükəsizliyini və sabitliyini pozur.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putinin ortaq bəyanatında bildirilib.

"Liviyanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və milli birliyinə sadiq olduğumuzu bir daha bəyan edirik. Ölkədəki daimi sülhə və sabitliyə yalnız liviyalıların rəhbərlik etdiyi və liviyalılara məxsus olan, liviyalılar arasında səmimi və əhatəli bir dialoqa əsaslanan bir siyasi proseslə nail olmaq mümkündür. Liviyada davam edən qarşıdurmanın hərbi yolla həllinə cəhd edilməsi daha çox problemə səbəb olur və liviyalılar arasında bölünməni dərinləşdirir", - bəyanatda vurğulanıb.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər