Gürcüstanın işğal edilmiş Abxaziya bölgəsində kütləvi etiraz aksiyalar başlayıb.
Teleqraf.com xəbər verir ki, etirazçılar bölgədəki separatçı rejimin başçısının yerləşdiyi binaya küt alətlərlə zərbələr endirir.
Hücum gecə saat 2 radələrində başlayıb. Etirazçılar qapını sındıraraq binaya girməyə cəhdlər edir.
Hazırda meydanda hüquq-mühafizə orqanlarının nümayəndələri də daxil olmaqla 500-ə yaxın insanın olduğu bildirilir.
Mitinqin təşəbbüskarlarından biri də əvvəllər Abxaziyanın “daxili işlər naziri” Harri Arşbanın istefasını tələb etmiş Axra Avidzbadır.