Türkiyənin Afyonkarahisar bölgəsində məktəbin həyətində qartopu oynayan 7 şagirdin bədənlərinin müxtəlif yerlərində yaralar meydana gəlib.
Teleqraf.com xəbər verir ki, dərilərində qara yanıq ləkələri olan şagirdlər müalicə üçün Afyonkarahisar Dövlət Xəstəxanasına aparılıb.
İlkin müdaxilə edildikdən sonra uşaqların müalicəsi Afyonkarahisar Səhiyyə Elmləri Universitetinin Xəstəxanasında davam etdirilir.
Polis məktəbin həyətindəki su və qardan ekspertiza üçün nümunələr götürüb. Aparılan ekspertiza nəticəsinə görə, hər hansısa bir kimyəvi madddəyə rast gəlinməyib.
Şagirdlərin bədənlərində yanıqlara səbəb olan maddənin tapılması üçün araşdırmalar davam etdirilir.