12 Yanvar 2020 18:15
1 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin cənubundakı Hatay əyalətində növbəti genişmiqyaslı antiterror əməliyyatına başlanılıb.

Teleqraf.com xəbər verir ki, “Kapan-2” (“Tələ-2”) adı almış əməliyyatda asayiş keşikçilərinin 585 əməkdaşı, o cümlədən polislər və jandarm qüvvələri cəlb edilib.

Ölkənin Daxili İşlər Nаzirliyində bildirilib ki, güc strukturlarının əsas vəzifəsi Amanos dağlıq silsiləsi ərazisindəki PKK terroru təhlükəsinin tam aradan qaldırılmasıdır.

Artıq əməliyyatın ilk saatlarında terrorçuların 3 sığınacağı və anbarı aşkarlanıb, bir əldəqayırma partlayıcı qurğu məhv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər