17 Yanvar 2020 09:27
1 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Florida ştatının Miami hava limanında soyunan gənc qadın sərnişinlərdə şok yaradıb.

Teleqraf.com xəbər verir ki, hadisə yanvarın 13-də baş verib.

Adı açıqlanmayan xanım hava limanından baqajı təhvil aldıqdan sonra paltarlarını çıxarmağa başlayıb. Videoda bir sərnişinin xanıma “yaxşı deyil” sözləri dediyi eşidilir.

Yerli medianın xəbərinə görə, çılpaq soyunan qadın polis tərəfindən saxlanılıb. Ona hər hansı ittiham irəli sürülməsə də, psixoloji testdən keçiriləcəyi gözlənilir.

Polis ehtimal edir ki, gənc qadın “paranoya” sindromuna tutulub.


Müəllif: Cavad