16 Yanvar 2020 23:14
2 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanada, Ukrayna, İsveç, Əfqanıstan və İngiltərə İranın vurduğu Ukrayna təyyarəsi ilə əlaqədar birgə bəyanat yayıb.

Teleqraf.com xəbər verir ki, 5 ölkə 176 nəfərin ölümü ilə nəticələnən təyyarənin vurulması ilə əlaqədar şəffaf təhqiqat aparılması tələbi ilə çıxış edib.

Bəyanatda təyyarədə həlak olan şəxslərin ailələrinə təzminat ödənilməsinin vacibliyi vurğulanıb.

Xatırladaq ki, yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boinq-737” təyyarəsinin vurulması nəticəsində 176 nəfər həlak olub, İran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər