18 Yanvar 2020 15:55
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika polisi ölkənin Çilapa de Alvares bələdiyyəsinin ərazisindəki bir yük maşınında “Sensation” musiqi qrupunun 10 üzvünün yanmış cəsədini aşkarlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin “El Universal” qəzeti məlumat yayıb.

İlkin məlumatlara görə, musiqiçilər Tlayelpan qəsəbəsindən çıxış edib qayıtdıqdan sonra tələyə düşüblər.

Hələlik hücumun arxasında kimin dayandığı məlum deyil.

Polis hadisəni araşdırır.

Bundan əvvəl Meksikanın Xalisko ştatında 19 cəsədin dəfn edildiyi gizli ərazi aşkarlanmışdı.


Müəllif: Səxavət