19 Yanvar 2020 12:56
2 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Berlinə getməzdən əvvəl Atatürk hava limanında jurnalistlərlə bir araya gəlib.

Teleqraf.com xəbər verir ki, Yunanıstan-Haftar görüşünü şərh edən Ərdoğan Liviya anlaşmasının Yunanıstanı dəli etdiyini bildirib.

"Təbii ki, Yunanıstan Almaniyaya dəvət edilmədiyi üçün narahatlıq keçirir. Türkiyə ilə Liviya arasındakı razılaşma Yunanıstanı dəli elədi. Sərrac BMT tərəfindən tanınan lider mövqeyindədir. Yunanıstan da Haftarı dəvət elədi. Bu görüşün bizim nəzərimizdə heç bir qiyməti yoxdur. Haftarın Almaniyada nələr deyəcəyini orada görəcəyik. Lakin Yunanıstan oyunu yanlış oynayır, atdığı addımlar düzgün deyil, bu prosesə yaxşı başlamadı", - deyə Türkiyə prezidenti qeyd edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər