23 Sentyabr 2014 19:18
1 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaşadığımız müasir dövrdə bir düyməni basmaqla kanalları, yolları, şəhərləri dəyişə bilərik, kitabla hər hansı bir ölkəni “gəzib” gələrik.

Tibbi avadanlıqlar, təhsil ləvazimatları daim inkişafdadır. Kosmos əsrində biz insanlar artıq Marsa aparat göndəririk.

Bəs əcdadlarımızın necə yaşaması sizə maraqlıdırmı? Onların məşğuliyyəti, qidası, gündəlik vərdişləri haqda düşünmüsünüzmü? Afrikada yaşayan Hadza qəbiləsi sizə keçmişə dönməyə yardım edəcək.

Tanzaniyada yerləşən Eyasi gölü ətrafında dünyanın ən qədim ovçu tayfası yaşayır. Onlar nə qida nemətləri yetişdirir, nə maldarlıqla məşğul olur, nə də ki, yaşayış yerləri tikir. Artıq 10 min ildir ki, onların həyat tərzi dəyişməz olaraq qalır. Bəlkə də, çoxlarımız onların sürdüyü həyatda məhv olarıq. Çünki Hadza qəbiləsinin üzvlərində telefon, maşın, elektrik yoxdur. Onların daimi iş yeri, müdiri, iş cədvəli, sosial və dini strukturları da mövcud deyil. Bu insanlar qanun, vergi və pul tanımır. Lakin qonşuluqda yaşayan qəbiləyə şort və səndəl satırlar.
Hadza ovçuları əntər ovlamaqla məşğuldurlar. Yaşadıqları ərazinin iqlimi isti və kəskindir, landşaft isə tikanlı kol, zəhərli ilan və adamyeyən şirlərlə boldur.

Artıq min ildən çoxdur ki, bu qəbilənin üzvləri Eyasi gölü ətrafında yerləşən mağarada məskunlaşıblar. Onların yaşayış ərazisindən cənubda isə ilk hominidlər tapılıb. Bütün müasir standartlara görə, Hadza artıq mövcud olmamalı idi. Lakin onlar öz mövcudluğunu davam etdirirlər. Qəbilə üzvləri artıq zamanı da unudublar.

Onlar mübahisələrə baş qoşmurlar və heç vaxt aclıqdan əziyyət çəkməyiblər. Onların qidası çox sadədir: quşlar, əntər, antilop, kəl. Bütün bunları əldəqayrılma oxla ovlayırlar.

Onların dili dünyada mövcud olan ən qədim dil hesab oluna bilər. Şaqqıltılı səslərlə ritmik bir danışığa malikdirlər. Bununla belə, Hadzanın yer üzündən silinmə qorxusu var.


Müəllif:

Oxşar xəbərlər