22 Yanvar 2020 13:24
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTSİOM) baş direktoru Valeri Fyodorov “İzvestiya” qəzetinə müsahibəsində ruslar arasında ən populyar xarici siyasətçinin kim olduğunu açıqlayıb.

Teleqraf.com-un məlumatına görə, o, həmin şəxsin Belarus Prezidenti Aleksandr Lukaşenko olduğunu bildirib:

“Lukaşenko hələ də bizim üfüqdə qalır, ona münasibət onun neft, qaz və ticarət siyasəti ilə bağlı deyil. Lukaşenkoya müsbət münasibət ilk növbədə onun qərbyönümlü deyil, rusiyapərəst siyasətçi kimi qəbul edilməsi ilə əlaqədardır”.

V.Fyodorov qeyd edib ki, insanlar bunu yüksək qiymətləndirirlər.


Müəllif: Səxavət

Oxşar xəbərlər