22 Yanvar 2020 14:40
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dəstəklədiyi “Hizbullah” briqadası İraq Prezidenti Bərham Salehi təhdid edib.

Teleqraf.com xəbər verir ki, “Hizbullah” Davos Dünya İqtisadi Forumuna qatılmaq üçün İsveçə gələn Salehi ABŞ Prezidenti Donald Trampla görüşməməyə çağırıb.

Trampla görüşəcəyi təqdirdə İraq prezidentini Bağdaddan qovacaqları ilə hədələyiblər.

“Hizbullah” briqadasının təhlükəsizlik müdiri Əbu Əli əl-Əsgəri sosial mediada İraq prezidentinə çağırış edib: “Bərham Saleh axmaq Tramp və onu müşayiət edən qatillər dəstəsi ilə görüşməməlidir. Tramp və dəstəsi günahsız qan tökülməsinə məhəl qoymadığı üçün iraqlılar buna reaksiya verəcək. O zaman sizə xoş gəlmədiniz deyəcəyik. Sizi ləyaqətli və şanlı Bağdaddan azad övladlarımız qovacaqlar”.


Müəllif: Nərgiz