“Liviyada böyüyən xaosun əsas səbəbkarı Türkiyədir”.
Teleqraf.com xəbər verir ki, bunu Misir xarici işlər naziri Samih Şükri deyib.
Nazir Türkiyənin Liviyaya hərbi müdaxilə etmək niyyətində olduğunu bildirib:
“Liviyadakı qarşıdurmanın səbəbi təkcə siyasi deyil. Bu, həm də bölgədə fəaliyyət göstərən terror təşkilatları ilə bağlıdır. Liviyalı tərəflər Berlin konfransının şərtlərini yerinə yetirsə, sülh və sabitliyi bərqərar etmək mümkün olacaq”.