Türkiyənin Elazığ və bir neçə şəhərdə baş vermiş zəlzələyə dair itkilər və dağıntıların sayı bəlli olub.
Teleqraf.com zəlzələ ilə bağlı son məlumatı təqqdim edir:
Zəlzələ nəticəsində Elazığda 17, Malatyada 4 olmaqla 21 nəfər həyatını itirib. 1030 nəfər yaralanıb. Hazırda Elazığda 30 nəfərin dağılan binaların altında olduğu ehtimal edilir.
Elazğının Sivricə qəsəbəsində 5, Malatyada isə 25 bina dağılıb.
Son 13 saat ərzində xilasedicilər 2 uşaq olmaqla 8 nəfəri dağıntılar altından xilas edə bilib.