Həmin məktubda qeyd edilənlər hədəflərimizi və yaşadıqlarımızın səbəblərini göstərir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin sabiq baş qərargah rəisi, ordu generalı İlkər Başbuğ keçmiş MİT zabiti Ənvər Altaylının Fətullah Gülənə göndərdiyi məktub haqqında danışarkən deyib.
Qeyd edək ki, sabiq MİT əməkdaşı Ənvər Altaylı İlkər Başbuğun Türk Silahlı Qüvvələrinin baş qərargah rəisi postuna gəlməsindən az sonra Fətullah Gülənə yazdığı məktubda yeni qərargah rəisinin xidmət sektoruna mənfi yanaşdığını və bu səbəbdən də Gülənə müsbət yanaşan 7 generalın izlənməsi haqda təlimat verdiyini bildirib.
İlkər Başbuğ isə deyib ki, Ankara prokurorluğunun ortaya çıxardığı bu məktub elandan başqa bir məna daşımır: “Mən 2008-ci ilin avqustunda baş qərargah rəisi oldum. İlk çıxışım zamanı Fətullahçı şəbəkə və onun təhlükəsi haqda fikrimi bildirdim. 2009-cu ildə çıxışımda camaat təhlükəsi barədə anons vermişdim.
Ancaq Altaylının məktubundan anlaşılır ki, ilk baş qərargah rəisi kimi xidmətə başladığım və çıxış etdiyimdən dərhal sonra Gülənə yazılıb.
Məktubda diqqəti çəkən Altaylının 3 nəfərdən aldğı informasiyadan sonra bu xəbərləri Gülənə çatdırmasıdır. Məktubda yazılanlar hədəfimizi və yaşadıqlarımın səbəblərini göstərir”.