Efiopiyada kəskin quraqlıq səbəbindən təxminən 7 milyon insanın qida çatışmazlığından əziyyət çəkdiyi açıqlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Efiopiya Milli Fəlakət Riskləri İdarəetmə Komissiyası açıqlama yayıb.
Komissiya 7 milyon insanın qida problemini həll etmək üçün 1 milyard dollar ehtiyacın olduğunu bildirib.
Açıqlamada qlobal iqlim dəyişikliyi səbəbindən təkrarlanan quraqlığın iqtisadiyyat və xalqın sosial həyatına zərər vurduğu vurğulanıb.