28 Yanvar 2020 17:23
1 788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniya parlamentinin spikeri Henn Polluas Rusiyanı beynəlxalq hüququ pozmaqda və saxta tarix yazmaq cəhdində ittiham edib.

Teleqraf.com xəbər verir ki, spiker açıqlamasında Estoniya və Polşanın NATO və Avropa İttifaqının müttəfiqi olduğunu bildirib.

Polluas Rusiyanın qonşu dövlətlərin təhlükəsizliyini təhdid etdiyini deyib:

“Beynəlxalq qanunları və beynəlxalq müqavilələri rədd edən və bunun üçün çalışan ortaq bir qonşumuz var. Məqsədləri tarixi yenidən öz xeyrinə yazmaqdır”.

Onun sözlərinə görə, bu yaxınlarda Rusiyada Polşanın İkinci Dünya Müharibəsinin başlamasının səbəbkarı adlandırılması buna bir nümunədir:

“Biz bu cür fəaliyyətləri qəti şəkildə pisləyirik. Bu, hər gün şərqdən gələn təhlükənin yoxa çıxmadığını xatırladır. Buna görə də NATO müttəfiqlərimizə sərhədlərimizin qorunmasına verdiyi töhfələrə görə ürəkdən təşəkkür edirik”.

Polluas bu gün Tallin yaxınlığındakı Emari hərbi bazasına baş çəkəcək, burada Polşa Hərbi Hava Qüvvələrinin komandanı ilə görüşəcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər