Ukraynanın birinci prezidenti Leonid Kravçuk SSRİ lideri İosif Stalin və Nasist Almaniyasının lideri Adolf Hitler arasında görüşün keçirildiyini iddia edib.
Teleqraf.com xəbər verir ki, Kravçuk görüşün 1940-cı ildə - İkinci Dünya Müharibəsinin başlamasından bir il əvvəl baş tutduğunu bildirib.
O, görüşün Ukraynanın Lvov şəhərində keçirildiyini deyib.
Kravçuk bu fikirləri Ukrayna Prezidenti Vladimir Zelenskinin SSRİ-nin İkinci Dünya Müharibəsinin başlaması üçün məsuliyyət daşıdığı sözləri ətrafında səsləndirib.
Ukraynanın keçmiş dövlət başçısının açıqlaması Rusiya tərəfinin narazılığına səbəb olub.
Rusiya Dövlət Dumasının Xarici İşlər Komitəsinin üzvü Sergey Jeleznyak açıqlama verərək, Zelenski və Kravçuku tarixi təhrif etməkdə ittiham edib.
“Rossiya” telekanalı da ukraynalı siyasətçiləri sərt şəkildə tənqid edib, bu kimi iddiaların Ukraynaya baha başa gələ biləcəyini irəli sürərək Kiyevi təhdid edib.