ABŞ Hərbi-Dəniz Qüvvələrinin Baş katibi Tomas Modli Vaşinqtonun hipersonik silahlar sahəsində Moskvadan geri qaldığını etiraf edib.
Teleqraf.com xəbər verir ki, Modli Dəniz Qüvvələrinin personalına xitab etdiyi daxili yazışmada ABŞ-ın Rusiyadan geri qaldığını qeyd edib.
"Geriyə baxanda anlayırıq ki, hipersonik silahların yaradılması kimi böyük texnoloji uğurlar qlobal təhlükəsizliyi poza bilər və ölkəmiz üçün ciddi təhdiddir", - deyə Tomas Modli vurğulayıb.
Onun özlərinə görə, ABŞ gələcəkdə bu növ silah potensialından istifadə üçün bütün mənbələri səfərbər etməlidir.