3 Fevral 2020 09:53
1 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çində yayılan koronavirus Rusiyanı qorxutmağa başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert virusun federasiya subyektlərində yayılmasından ehtiyat edən Rusiya hökumətinin tədbirlər görməyə başladığını bildirib:

“Müttəfiqlik öz yerində, ancaq can daha şirindir. Rusiya dünənə qədər Çindən ikiəlli yapışmışdı, əməkdaşlıq fontan vururdu. Ancaq Çində qəfil peyda olunan xəstəlik ən çox Rusiyanı qorxudub. Çünki iki ölkə arasında gediş-gəlişin həcmi böyük, hər iki istiqamətdə qatarlar, təyyarələr sərnişinlərlə dolu idi.

Çində məlum xəstəlik yayıldıqdan sonra Rusiya Çinlə bütün sərhəd qapılarını bağlayıb, qatarların hərəkəti dayandırılıb, təyyarə reysləri minimuma endirilib, ayrıca Çinin müxtəlif bölgələrdən ruslar vətənlərinə qaytarılır.

Bu arada, Türkiyəyə turist kimi gedən yaponlar qarşılarına çıxanları qorxutmamaq üçün türkcə sadəcə bir cümlə əzbərləyiblər: “Mən çinli deyiləm, yaponam”.


Müəllif: Mənsur Rəğbətoğlu