Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağa - oğlu Aşotun görüşünə 40 cangüdənlə getməsi sosial platformalarda sərt tənqid olunur.
Teleqraf.com xəbər verir ki, hakimiyyətə gələndə hər kəsə işə velosipedlə gəlməyi tövsiyə edən Paşinyanın sonralar 9 nəfər cangüdənlə dolaşmağa başlaması fonunda Qarabağa 12 avtomobillə getməsi birmənalı qarşılanmayıb.
Yayılan görüntülərdə rəqəmlərlə maşınların sayı göstərilir.