Cərimə olundu, söyüş söyərək polisi təhdid etdi
Türkiyənin Sinop şəhərində spirtli içki qəbul edən kişi saxlanılaraq cərimələnib.
Teleqraf.com xəbər verir ki, hadisə Boyabat rayonuna baş verib. 55K339 dövlət qeydiyyat nişanlı avtomobilin cərimələnən sürücüsü polislərə söyüş söyərək onları təhdid edib.
Polisləri təhdid edən şəxsin görüntüləri sosial mediada yayılıb: “Yaz da, yaz görək kim daha böyükdür. Əmim MHP mahal başçısıdır. Boşuna özünüzü yorursunuz”.