Almaniyada Kansler Angela Merkeldən sonra Xristian Demokratlar Partiyasının (CDU) başına keçən və “kiçik Merkel” adlandırılan Anneqret Kramp-Karrenbauerin tutduğu postdan istefa verməyə hazırlaşdığı, gələn il keçiriləcək kansler seçkisində iştirak etməyəcəyi bildirilib.
Teleqraf.com “Röyter”ə istinadən xəbər verir ki, Kramp-Karrenbauer yaxın aylarda partiya liderliyindən imtina edərək, CDU-dan bir namizədin müəyyən olunması üçün seçki keçirəcək.
Almaniyanın müdafiə naziri postunu tutan Kramp-Karrenbauerin Merkelin istəyi ilə bu postda qalacağı da iddialar arasında yer alıb.
Uzun illərdir Almaniyanı idarə edən Angela Merkel keçən il 2021-ci ildə keçiriləcək seçkilərdə namizəd olmayacağını açıqlayaraq, CDU liderliyindən istefa verib. Almaniyada Merkelin vəliəhdi kimi qəbul olunan və “kiçik Merkel” adlandırılan Kramp-Karrenbauer bundan sonra partiyanın sükanı arxasına keçib.