11 Fevral 2020 14:45
1 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Röyters” agentliyi Suriyadakı vəziyyəti müzakirə etmək üçün Ankarada olan Rusiya xarici işlər nazirinin müavini səfir Sergey Verşin və Prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi səfir Aleksandr Lavrentyevin başçılıq etdiyi nümayəndə heyəti ilə Türkiyə tərəfinin danışıqlarının nəticəsiz qaldığı barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, agentlik artıq rus heyətin Moskvaya qayıtdığını bildirib.

Türkiyəli rəsmi agentliyə açıqlamasında iki ölkənin Suriyada qarşıdurmaların dayandırılması ilə bağlı konkret bir razılıq əldə edə bilmədiyini söyləyib.

Xatırladaq ki, ötən həftə Bəşər Əsəd ordusunun hücumu nəticəsində 8 türk hərbçi şəhid olub. Dünənki hücum zamanı isə 5 türkiyəli hərbçi həlak olub.


Müəllif: Nərgiz

Oxşar xəbərlər